Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edən QHT fəalları gecə aksiyasına hazırlaşır.
Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli - YATAQXANALAR GƏTİRİB
FED.az xəbər verir ki, aksiyanın keçirildiyi Laçın yolunun üstünə işıq çəkilir.
Elektrik enerjisinin verilməsini təmin etmək üçün əraziyə texnika gətirilib.
Bundan başqa, yolun üstündə Azərbaycan bayrağı asılıb.
Qeyd edək ki, aksiya iştirakçıları Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun görüşə gəlməsini tələb edirlər. General Volkov isə səhər saatlarından səsləndirilən bu tələbə məhəl qoymayaraq, aksiya yerinə gəlmir. (Apa)