Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.
Sülhməramlılar əraziyə BTR gətiriblər - Aksiya davam edir - FOTO
FED.az xəbər verir ki, yataqxanalar “Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib.
Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib
Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.
Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür. (Report)