Azərbaycan tərəfinin Laçın yolunun başlanğıcında qurduğu nəzarət-buraxılış məntəqəsinə “Smiths Detection” skanerləri gətirilib.
Ermənilər Laçın yolundakı nəzarət-buraxılış məntəqəsindən - KEÇMƏYƏ BAŞLADILAR - VİDEO
FED.az xəbər verir ki, ABŞ istehsalı olan bu skanerlər əl yükündə partlayıcı maddələrin aşkarlanması üçün rentgen sistemləridir. Bu sistem bütün müasir tələblərə cavab verir və KT texnologiyasının köməyi ilə yüklərin və əl yüklərinin dərindən yoxlanılmasına imkan verir.
Xatırladaq ki, aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. (İnterfaks-Azərbaycan)