İlk erməni sakinləri Laçın yolundakı nəzarət-buraxılış məntəqəsindən keçib.
FED.az xəbər verir ki, Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən keçid təmin olunur.
Təqdim olunan kadrlardan göründüyü kimi, insanların sərhədi keçməsi qaydalara uyğun olaraq nizam-intizamla və nəzakətli şəkildə təşkil olunur. Avtomobillər hərəkət edən erməni sakinlərinin masınlarına baxış keçirilir və onlar yollarına davam edirlər.
Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun “blokadası” ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil. Laçın yolunda təhlükəsizlik və sərhəd keçidində nəzarət təmin olunub, qayda-qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur