Şuşada aksiya keçirən etirazçılar Laçın dəhlizi üzərində Azərbaycan bayrağını qaldırıblar.
Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli - YATAQXANALAR GƏTİRİB
FED.az xəbər verir ki, "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan bayrağı!", - deyə etirazçılar şüar səsləndiriblər.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. (Trend)