“ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etməyib. Bu, üçtərəfli – Rusiya, Ermənistan və Azərbaycanın sazişidir”.
Eləcə də bax: Ermənistan prezidenti: «Razılaşmadan xəbərim olmayıb, mən də mətbuatdan oxudum»
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, üçtərəfli bəyanatdır”, – deyə Rusiya Prezidentinin sözçüsü Qarabağla bağlı razılaşmanın əldə olunmasında ABŞ və Fransanın iştirak edib-etməməsi ilə bağlı suala cavabında vurğulayıb. (Apa)