Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, Qarabağla bağlı Azərbaycanla olan razılaşma barədə mətbuatdan xəbər tutub.
Eləcə də bax: Paşinyan: “Silahlı Qüvvələrin təkidi ilə müqavilə imzalamağa qərar verdim”
FED.az xəbər verir ki, Ermənistanın nominal dövlət başçısının sözlərinə görə, Dağlıq Qarabağla bağlı razılaşma barədə mətbuatdan xəbər tutub və bu sənədlə bağlı müzakirələrdə iştirak etməyib.
«Mən Qarabağda döyüşloərin dayandırılması barədə Azərbaycan və Rusiya prezidentlərinin bəyanatını mətbuatdan oxudum. Eləcə də döyüşlərin dayandırılmasının şərtlərini də mətbuatdan bildim».
Onun sözlərinə görə, ölkənin prezidenti kimi, bu sənədlə bağlı onunla heç bir mələhətləşmə və müzakirə aparılmayıb. Ermənistan prezidenti bəyan edib ki əhalinin böyük hissəsinin bununla bağlı narahatlığını nəzərə alır.
«Mən milli maraqların qorunması üçün təcili olaraq müzakirələrin başlanmasına təkid edəcəm», -deyib Sərkisyan.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın «Çiçəklənən Ermənistan» müxalifət partiyası bəyan edib ki, Ermənistanın bu razılaşmada iştirak etməməsinə çalışacaq.