Bu günə qədər Qarabağda fəaliyyət üçün KOBİA olaraq 2100-dən artıq sahibkarlardan daxil olan müraciətləri qəbul etmişik.
“Sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin işə salınması planlaşdırılır”
FED.az xəbər verir ki, bunu Kiçik və orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə deyib.
O bildirib ki, 220-dən artıq layihə reallaşıb və həmin layihələr işlək vəziyyətdədir. Qarabağ bölgəsində 86 layihə tamamlama mərhələsindədir. Dost müfəttiş layihəsi maraqlı və uğurlu layihə olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu layihənin reallaşması istiqamətində sıx əməkdaşlıq qururuq.