Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan Ermənistandadır.
DTX bu separatçıları da saxlayıb - KİMLƏRDİ?
FED.az xəbər verir ki, bu barədə TASS Şahramanyana yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Şahramanyan Azərbaycan güc strukturları tərəfindən saxlanılmayıb və hazırda Ermənistandadır.
Şahramanyanın Ermənistanda olması barədə Bakı və İrəvandan hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək, Bakıya gətirib. (Apa)