Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan da saxlanılıb.
FED.az qafqazinfoya istinadən xəbər verir ki, onlar barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Bu məqamda Musavat.com saxlanılan sepataçıların dosyelərini təqdim edib:
David İşxanyan
1968-ci il dekabrın 28-də Xocavənd rayonunun Heşan kəndində doğulan David İşxanyan 1992-ci ildə Xankəndi Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib.
Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni batalyonlarının birinə komandirlik eləyib.
Heşan kənd məktəbinin direktoru, kənd icmasının başçısı olub.
1989-cu ildən Daşnaksütun Partiyasının üzvüdür. 2007-2021-ci illərdə qurumun Mərkəzi Komitəsinin Yuxarı Qarabağda təmsilçisi postunu tutub. 2022-ci ildən Büro üzvüdür.
1991, 2015 və 2020-ci illərdə “parlamentin üzvü” seçilib.
2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb.
1988-ci ildə Yuxarı Qarabağ erməniləri bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. 1991-ci ildə bölgə “müstəqil dövlət” elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.
Arkadi Qukasyan
Arkadi Qukasyan 22 iyun 1957-ci ildə Xankəndidə anadan olub. O, 8 sentyabr 1997-ci ildə "Qondarma Dağlıq Qarabağ" Respublikasının ikinci "prezident"i seçilib və 2002-ci ildə yenidən seçilib. Onun "preziden"tlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatıb.
1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirib. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, "Sovet Dağlıq Qarabağ" qəzetinin müxbiri kimi çalışıb.
1991-ci ildə Arkadi Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk "parlament"inə "depuat" seçilib. 1992-ci ilin sentyabr ayında "Dövlət Müdafiə Komitəsi"nin sədri təyin olunub və ATƏT-in Azərbaycanla görüşləri zamanı "Dağlıq Qarabağ"ın "nümayəndə heyətləri"nə rəhbərlik edib.
1993-cü ildən "Dağlıq Qarabağın Təhlükəsizlik Şurası"na üzv olub. 1993-cü il iyulun 23-də "Dağlıq Qarabağ Respublikası"nın ilk "xarici işlər naziri" olub.
2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxıb.
Bako Saakyan
Bako Saakyan 1960-cı ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olan Xankəndidə doğulub. 1998-ci ildə Dağlıq Qarabağdakı separatçı hərəkata qoşulanadək muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb.
1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulub. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. Bir sözlə, o, karyerasına belə başlayıb. Lakin bir müddət sonra onun pul mənimsədiyi üzə çıxıb və nəticədə bu "vəzifə”dən kənarlaşdırılıb.
Separatçıların lideri olan Saakyan sadə insanların inamını pulla, yaxud onların borclarını bağlamaqla qazanıb, bununla da tanınıb.
Beləliklə, B.Saakyan Dağlıq Qarabağ regionunun legitim nümayədəsi kimi tanına bilməz. Çünki bu regionda yaşayan azərbaycanlılar 1988-1994-cü illərdə doğma evlərindən qovulub. 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti Ermənistana qoşulmağa səs verərkən belə, azərbaycanlılar bu prosesdən kənarda qoyulub. Nəticədə, parlametn orada yaşayan azərbaycanlıların razılığı olmadan, üstəlik Azərbaycan SSR-in Konstitusiyasına zidd olaraq, Azərbaycandan ayrılmaq haqda qərar çıxarıb. Müharibədən sonra isə Dağlıq Qarabağda müstəqilliklə bağlı qeyri-qanuni, Azərbaycan Konstitusiyasına zidd "referendum” keçirilib. Həmin vaxt artıq regionun azərbaycanlı əhalisi oradan qovulmuşdu.
Saakyan qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. O, ilk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətində öz "vəzifə"sində qalıb.
Bako Saakyan 2017-ci ildə keçirilən qondarma seçkilərdə yenidən seçilərək, 3 il müddətində bu "vəzifəni" icra edib.
30 ildən çox Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran rejimin işğalında qalıb.
Qeyd edək ki, 2020-cil sentyabrın 27-sində Vətən Müharibəsini qələbə ilə bitməsindən sonra üç tərəfli bəyanata əsasən həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edib.
Bundan sonra Azərbaycan öz qətiyyətli addımlar ataraq separatçıların bütün məkrli planlarını darmadağın edib.
Sentyabrın 19-da ordumuzun keçirdiyi lokal anti-terror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özü buraxmağa məcbur edilib.