Bu ilin sonunadək Xocalının Təzəbinə kəndində ümumilikdə 197 fərdi ev hazır olacaq.
Prezident: "Xocalının Təzəbinə və Xanyurdu kəndlərində minlərlə insan yaşayacaq"
FED.az xəbər verir ki, bunu Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarda Tikinti, Bərpa və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
Onun sözlərinə görə, gələn il isə daha 159 fərdi evin təmir və bərpası nəzərdə tutulub.
Şöbə müdiri xatırladıb ki, iyulun 14-də 28 ailə - 125 nəfər yaşamaq üçün kəndə qayıdıb.
Məlumat verilib ki, hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. (Report)