“Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə yəqin ki, minlərlə insan yaşayacaq”.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Xocalının Xanyurdu kəndində kəndə köçən bir qrup sakinlə görüşü zamanı bildirib.
“Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni, yenə də deyirəm, siz buna layiqsiniz”, - Prezident İlham Əliyev vurğulayıb.