2021-ci ildə işğaldan azad olunan rayonlarda həyata keçirilən tikinti-quraşdırma işlərinə 1 milyard 954 milyon 551 min manat vəsait sərf olunub.
Eləcə də bax: “Qarabağda 9 Türkiyə şirkəti çalışır”
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, tikinti-quraşdırma işlərinə ən çox vəsait Füzuli rayonunda sərf olunub – 667 milyon 754 min manat.
Bundan başqa, tikinti-quraşdırma işlərinə Zəngilan rayonunda 214 milyon 471 min manat, Kəlbəcər rayonunda 192 milyon 808 min manat, Cəbrayıl rayonunda 224 milyon 369 min manat, Ağdam rayonunda 142 milyon 623 min manat, Laçın rayonunda isə 118 milyon 13 min manat xərclənib.
Şuşa rayonunda isə 284 milyon 487 min manat tikinti-quraşdırma işlərinə sərf olunub.
Ötən il Qubadlı rayonunda tikinti-quraşdırma işlərinə 110 milyon 26 min manat vəsait sərf olunub.