“Azərbaycanla əlaqələrimizin yüksək səviyyədə olmasına önəm veririk”.
Eləcə də bax: Kəlbəcərə yeni yol çəkiləcək - TÜRKİYƏ ŞİRKƏTLƏRİ İCRA EDƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının iclasında çıxışı zamanı deyib.
“Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 20 milyard dolları, Türkiyənin Azərbaycana investisiyası isə 12 milyard dolları ötüb. Birgə hərbi təlimlərin miqyasını genişləndirdik. Azərbaycanla əlaqələrimizə tarixi və hüquqi məsuliyyət kimi baxırıq”, - deyə Kıran söyləyib.
Bununla yanaşı, Kıran qeyd edib ki, Qarabağda 132 kvadrat kilometr ərazi minalardan təmizlənib və bu sahədə səylər davam etdiriləcək.
O, Qarabağda yenidənqurma işlərində 9 Türkiyə şirkətinin çalışdığını da vurğulayıb.