Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Qarabağ

  1. Ana səhifə
  2. Qarabağ
  1. Qarabağ

«Azad edilmiş ərazilərdə istənilən sahibkar çalışa bilər, hamını dəvət edirik» - MÜSAHİBƏ

«Azad edilmiş ərazilərdə istənilən sahibkar çalışa bilər, hamını dəvət edirik» - MÜSAHİBƏ | FED.az
10:56 21 Fev 2023

İşğaldan azad olunmuş ərazilərin inkişafı ilə bağlı görülən işlər, hökumətin qarşıdakı dövr üçün planları, bu ərazilərdə sahibkarlar və investorlar üçün yaradılan imkanlar və güzəştlərlə bağlı FED.az-ın suallarını İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdir müavini İlkin Şamilov cavablandırır.

“Biz elə bir Ağdam quracağıq ki, bütün dünyada örnək olsun” - MÜSAHİBƏ

- İlkin müəllim, bu gün İqtisadiyyat Nazirliyi qarşısında qoyulan əsas tapşırıqlardan biri işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə həyata keçirilməsi, dayanıqlı şəraitin yaradılması, əhalinin köçünün təmin olunması və ora köçəcək əhali üçün yüksək həyat şəraitinin yaradılmasıdır. Hazırda bununla bağlı hansı işlər aparılır?

«100 milyon sərmayə qoyub bir otel tikirik, o pul nə vaxt qayıdacaq? Amma həmin pulu kənd təsərrüfatına sərf etmək olar» - MÜSAHİBƏ

- İlk növbədə ərazilərdə ilkin infrastruktur yaradılır. Bunlar yol infrastrukturu, dəmiryolu, elektrik enerjisi, su təminatı və sairdir. Yəni bu ərazilərdə hazırda əsas iş həm özəl sahibkarların, həm də əhalinin yaşayışının təmin olunması üçün ilkin zəruri ehtiyacların yaradılmasıdır.

Digər əsas məqam, yəni İqtisadiyyat Nazirliyinin üzərinə düşən iş – bu ərazilərdə biznes mühitinin inkişafı üçün sahibkarlara – həm yerli, həm xarici sahibkarlara - əlverişli mühitin yaradılmasından ibarətdir.

- İndiyədək bunun üçün hansı addımlar atılıb?

- Bunun üçün ölkə başcısının sərəncamları ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkı yaradılıb. Ağdam rayonunda yerləşən Sənaye Parkının əsas istiqaməti tikinti təyinatlıdır, yəni bu Sənaye Parkında əsasən inşaat-tikinti materialları istehsal edilir. Bu da gələcəkdə işğaldan azad olunmuş ərazilərin quruculuğunda həmin tikinti materiallarından istifadə üçün nəzərdə tutulub. Cəbrayılda yerləşən «Araz Vadisi İqtisadi Zonası» isə, bildiyiniz kimi, Zəngəzur dəhlizi üzərində yerləşir, onun böyük logistik potensialı vardır ki, Şərq və Qərbin birləşdirilməsində yeni alternativ yol kimi çıxış eləyir. Biz buranı logistik mərkəz kimi görürük, o cümlədən işğaldan azad olunmuş ərazilərə hər hansı bir materialların, məhsulların daşınması baxımından. Yəni materiallar Cəbrayıl Parkda gəlib cəmləşir, oradan da təyinat nöqtələrinə paylanır.

- Bəs bu parkda istehsal da olacaqmı?

- Təbii ki, istehsal da olacaq, yəni bir istiqaməti logistika, digər profili isə istehsal təyinatlıdır.

- Ağdam və Cəbrayıldakı Sənaye Parklarında əsasən hansı istehsalların üstünlük təşkil edəcəyi gözlənilir? 

- Bu sənaye parklarında istənilən məhsullar istehsal oluna bilər: tikinti materialları, kimya sənayesi, maşın-avadanlıqlar və sair. Hazırda həm Ağdam Sənaye Parkında, həm Araz Vadisi İqtisadi Zonasında bir neçə rezidentin qeydiyyata alınması işləri yekunlaşıb.

Məsələn, artıq Ağdamda beton istehsalı işi qurulmaqdadır. Başqa bir şirkət prefabrik-beton istehsalını qurmaq niyyətindədir, digər rezidentlər arasında fabrik-toxuculuq sənayesini əhatə eləyən xalça istehsalı, makina-xalça toxunması var. Bundan başqa, bildiyiniz kimi, Qarabağın bir çox sahələr üzrə profilləri var, məsələn, Ağdam böyük şəhər olduğuna görə burada şəhər infrastrukturuna uyğun sənaye sahələri olmalıdır. Eləcə də burada şərabçılıq, Ağdam şərabının əvvəlki şöhrətinin geri qaytarılmasıyla bağlı hazırda İqtisadiyyat Nazirliyi və digər aidiyyatı qurumlar tərəfindən şəkildə işlər aparılır.

- Bəs Kəlbəcər-Laçın ərazisinin inkişafı və biznesin buradakı proseslərə cəlb olunması üçün hansı işlər görülür?

- Kəlbəcər-Laçın ərazisinə gəlincə, bildiyiniz kimi, Kəlbəcərdə faydalı qazıntı yataqları mövcuddur, həmin istiqamət üzrə də işlər davam etdirilir. Ötən il Türkiyənin «Çengiz Holding» şirkəti ilə bir neçə yatağın işlənməsiylə bağlı müqavilə imzalandı. Bu müqavilələr «Elbəydaş», «Ağduzdağ», «Qaşqaçay» adlanan mis və qızıl yataqlarını əhatə edir və yaxın vaxtlarda bununla bağlı praktik işlərə başlanacaq.

Digər tərəfdən, həmin ərazi həm də böyük turizm potensialına malikdir, burada turizm sahəsində işlər görüləcək. Bir neçə ay bundan əvvəl ölkə başçısı tərəfindən burada «İstisu» sanatoriyasının da təməli qoyuldu. Hazırda bu istiqamətdə də işlər aparılır, bu da «İstisu»yun keçmiş şöhrətini geri qaytaracaq - dünyanın hər bir yerdən bura çoxlu sayda turist axını gözlənilir.

- «İstisu» sanatoriyası özəl sektor, yoxsa dövlət tərəfindən bərpa edilir?

- İşğaldan azad olunan ərazilərdə aparılan  əksər işlər kimi, burada da işlər, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Sonrakı mərhələdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində sanatoriyanın idarəetməyə verilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, dediyim kimi, Qarabağda bütün işlər üzrə qarşıya qoyulan hədəf odur ki, tikinti-quruculuq işləri, ümumiyyətlə, bütün proseslər dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilsin.

- İlkin müəllim, bəs işğaldan azad edilən digər ərazilər – Füzuli, Zəngilan, Qubadlı və Şuşanın hansı istiqamədə inkişaf etdirilməsi nəzərdə tutulur?

- Zəngilan, Qubadlı, Füzuli və Xocavənddə kənd təsərrüfatının inkişafı nəzərdə tutulur. Şuşa isə bildiyiniz kimi, turizm təyinatlıdır, mədəniyyət paytaxtı elan olunub.

- İşğaldan azad olunan ərazilərə biznesin stimullaşdırılması üçün dövlət tərəfindən hansı güzəşt və dəstək tədbirləri nəzərdə tutulur?

- Bu sahədə işlər artıq başlayıb və gələcəkdə daha da genişlənəcək. Məlum olduğu kimi, ötən ilin sonunda ölkə başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı sərəncam imzalandı. Sərəncamda əsas məqsəd biznes üçün əlverişli mühitin yaradılmasından ibarətdir, sərəncamda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlara vergi, gömrük güzəştləri, sosial sığorta ödənişlərində güzəştlər nəzərdə tutulur.

Belə ki, işğaldan olunmuş ərazilərdə müəyyən sahələr üzrə istehsal fəaliyyətilə məşğul olacaq sahibkarlar idxal elədikləri xammal, materiallar, eləcə də avadanlıqlara görə vergi, gömrük güzəştləri əldə edəcəklər. Yəni sahibkarların idxal etdiyi xammallar gömrük rüsumları və ƏDV-dən azad ediləcək.

Digər tərəfdən, istehsal fəaliyyətilə məşğul olan sahibkarlara kommunal tariflərdə - yəni işıq, qaz, enerji, su tariflərində güzəştlər nəzərdə tutulur.

Bundan başqa, bu ərazilərdə çalışacaq  xaricilərin ölkəyə gəlişi  asanlaşırılıb, iş icazələrinin və prosedurları sadələşdirilib.

Digər bir istiqamət «yaşıl iqtisadiyyat»la bağlı güzəştlər olacaq. Bildiyiniz kimi, ölkə başçısının qarşıya qoyduğu tapşırıqlarla həmin ərazilər «yaşıl zona» kimi qiymətləndirilib, orada alternativ enerji sistemlərinin qurulması ilə bağlı işlər aparılır. Hazırda orada bildiyiniz kimi, bir neçə su elektrik stansiyası artıq istifadəyə verilıb.

- Bu stansiyalar kim tərəfindən yenidən qurulacaq, dövlət, yoxsa özəl sahibkarlar? 

- Bu işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində qurulacaq. Biz bu sahəyə özəl investorların cəlb olunmasını istəyirik. Yəni özəl sahibkarlıq subyektləri elektrik enerjisi stansiyalarını qurur, dövlət isə öz növbəsində həmin enerjini alacağına və ölkənin enerji sisteminə inteqrasiya edilməsinə təminat verir. Alternativ enerji sistemlərinin qurulmasıyla bağlı da hazırda işlər görülür, yəni dövlət tərəfindən bir çox güzəştlər tətbiq olunacaq ki, sahibkarlarda maraq doğursun. Bu, həm istehsal fəaliyyətiylə məşğul olanlar üçün nəzərdə tutula bilər ki, hər hansı bir sənaye obyekti  alternativ enerji sistemindən istifadə eləsə, dövlət tərəfindən ona güzəştlər tətbiq olunsun.

- Burada güzəşt kimlərə tətbiq edilə bilər, izah edə bilərsiniz?

- Tutaq ki, sənaye obyekti alternativ enerjidən istifadə eləyib öz enerji təminatını özü həyata keçirmək istəyir. Məsələn, günəş panelləri qurulur, nəticədə müəssisə ölkənin enerji sistemindən enerji almır. Belə halda güzəşt tətbiq ediləcək. Hazırda bu istiqamətdə geniş potensialı var, təkliflər hazırlanır, güzəştlər tətbiq olunacaq. 

- İlkin müəllim, azad olunan ərazilərdə kimlər biznes qura bilər - hər hansı bir tələb və ya kriteriya varmı?

- Bu sahə hər kəsə tam açıqdır, yəni bizim əsas məqsədimiz ora xarici və yerli investisiyaların cəlb olunmasıdır ki, orada dayanıqlı iqtisadiyyat təmin olunsun və həmin ərazilərin iqtisadiyyatı ölkənin iqtisadiyyatına reinteqrasiya edilsin.

- Sahibkarın işğaldan azad edilən ərazilərdə fəaliyyətə başlaması və ya sərmayə yatırması üçün minimal investisiya məbləği şərti nəzərdə tutulubmu? Məsələn azı 20 min manat, və ya 50-100 min manat sərmayə yatırılmalıdır, kimi.

- Xeyr, elə bir investisiya tələbi yoxdur, hər şey açıqdır, kim istəsə, müraciət eləyə bilər. Ümumiyyətlə, orada işləmək üçün xüsusi tələb yoxdur, yəni meyarı qoymamışıq ki, bu qədər iş yeri açılmalıdır və ya bu qədər investisiya qoyulmalıdır - bu yoxdur. Sadəcə olaraq qanuni şəkildə, rəsmi şəkildə vergi orqanlarında qeydiyyatdan keç, gəl, rəsmi şəkildə də işinə başla, davam elə.

- İndiyədək işğaldan azad edilən ərazilərdə biznesin qurulması üçün nazirliyə nə qədər müraciət daxil olub?

- Həmin ərazilərdə həm tikinti-quruculuq işlərində fəaliyyət göstərmək, həm də investisiya yatırmaq üçün İqtisadiyyat Nazirliyinə 1300-dək müraciət daxil olub. 

Hazırda həmin layihələr qiymətləndirilir, sahibkarlarla görüşlər keçirilir. Qiymətləndirmələr nəticəsində biz artıq işğaldan azad olunan ərazilərdə işləmək üçün bir neçə sahibkarları - həm böyük, həm kiçik sahibkarlar - müəyyən eləmişik. Həmin əraziyə köçürüləcək yerli sahibkarların da bizə bir çox təklifləri var, onları da qiymətləndirmişik.

Bildiyiniz kimi, minalardan təmizləmə prosesi gedir, bu proses başa çatandan və həmin ərazilərdə yerləşən inzibati vahidlərin baş planları və s. planları təsdiq olunandan sonra daha praktik işlərə keçiləcək və biznes mərhələli şəkildə buraya köçürüləcək. Yeri gəlmişkən, müraciətlərin təqribən 55%-i xarici investorların payına düşür.

- Bu ərazilərdə işləmək üçün əsasən hansı ölkələrin investorları maraq göstərir?

- Müraciətlərin təxminən 55%-i 40-a yaxın ölkədən olan əcnəbi sahibkarların payına düşür. Bildiyiniz kimi, ilk növbədə qardaş Türkiyənin investorları maraq göstərirlər. Bundan başqa, Rusiya, İtaliya, İsrail, Özbəkistan, Qazaxstan, eləcə də Avropanın digər ölkələrindən -  Macarıstan və Polşadan da müraciətlər daxil olub.

- İşğalan azad olunan ərazilərdə tətbiq ediləcək güzəştlər biznesə nə qədər faydalı olacaq? Belə hesablama aparılıbmı?

- Hələlik məlumat az olduğuna görə, konkret hesablama olmayıb. Amma deyə bilərəm ki, burada çalışacaq sahibkarlar həm gömrük rüsumlarından, həm də ƏDV-dən azaddır. Bundan başqa, işğaldan azad edilmiş ərazilərдяки müəssisələrdə çalışan işçilər üçün ödənilən sosail ödənişlərin (yəni DSMF-ya ödənişlərin), hansı ki, maya dəyərinə oturur, bir hissəsini dövlət ödəyəйяъяк.

- İlkin müəllim, hazırda həmin ərazilərdə iş gedir, işçilər çalışır və artıq onların da müəyyən tələbatlarını ödəmək üçün xidmətlər tələb olunur. Bu işlər necə təşkil edilir?

- Bəli, məlum olduğu kimi, infrastruktur işlərində fəaliyyət göstərən və hərbi kontingent və digər sahələrdə inzibati sahədə işləyən şəxslərin ehtiyaclarının təmin olunması da var. Biz həmin istiqamətlər üzrə də bir neçə şirkətlər üzrə sorğu apardıq, həmin ehtiyacların qarşılanması üçün yerlər də göstərilib. Bu ehtiyaclar nədir?  - məsələn orada fəaliyyət göstərən kontingentin aptek, bərbərxana, mağaza, yanacaqdoldurma məntəqəsinə ehtiyacı var. Bu ehtiyacların ödənilməsi üçün hazırda bir neçə istiqamət üzrə  sahibkarların seçimi aparılıb, hazırda yerləşdirmə prosesi gedir.

- Bu proses necə baş verir: tutaq ki, hər hansı bir sahibkar istəyir ki, o bölgədə əczaxana açsın. O, müraciət eləyib gedə bilər, yoxsa o seçilmiş qrupda olmalıdır?

- Əslində seçilmiş qrup deyil, bura hər kəs üçün açıqdır. Sadəcə sahibkarlar gəlir, müəyyən biznesin qurulması üçün bizə müraciət edir. Yerlərdə zəruri ehtiyaclar yarandıqca, biz baxırıq ki, bizə kim müraciət eləyib, məsələn, aptek fəaliyyəti ilə məşğul olmaq üçün. Bu sahə ilə bağlı müraciət edən şəxsləri dəvət edirik - yəni burada ayrı-seçkilik olunmur - aparırıq həmin ərazini göstəririk. Bildiririk ki, «yer budur, bu şərtlər daxilində siz burada fəaliyyət göstərmək istəyirsinizsə, buyurun». Hansı sahibkara uyğundursa, o deyir ki, mənə uyğundur, və işə başlayır. Digərləri deyir: «istəmirəm, mənə uyğun deyil, mənim burada məsələn, problemlərim olacaq, gətirmə, aparma, işçi saxlama və sair». Amma digəri seçir, yəni kimə uyğundursa, həmin fəaliyyətlə məşğul olmağa başlayır, hər şey şəffaf həyata keçirilir.

- Yəni mexanizm belədir ki, kim həmin ərazilərdə iş görmək istəyirsə,  əvvəlcədən müraciət eləyib qeydiyyata düşməlidir...

- Bəli, əvvəlcədən İqtisadiyyat Nazirliyinə müraciət eləməlidir, biz də bilməliyik ki, belə bir adam var və bu fəaliyyətlə məşğul olmaq istəyir. Yəni gəlsin, bizə müraciət eləsin, görüşək, nə lazımdır izah edək. Vaxtı gələndə də həmin sahibkarı, investoru çağıracağıq ki, buyurun, gəlin, yəni ehtiyac sizədir, qiymətləndirin, baxın.

- Sənaye Parklarında, məsələn Araz Vadisində, icarə haqqı yüksəkdir?

- Böyük məbləğ deyil, bu gün başqa parklarda necədirsə, ona uyğundur. Çünki sənaye parklarının idarəedici orqanı tərəfindən bir çox xidmətlər həyata keçirilir, icarə haqqı da həmin xidmətlərin xərcini ödəmək üçündür.

- İlkin müəllim, bu ərazilədə işləmək üçün enerjiyə çıxış imkanları varmı?

- Elektrik təminatın gəldikdə hazırda bu ərazilərin ölkənin elektrik enerjisi sisteminə qoşulması istiqamətində işlər davam etdirilir. Ərazinin demək olar ki, 90%-dən byük hissəsi demək olar ki, sənaye enerjisi ilə təmin edilib.

- Tutaq ki, sənaye zonasında bir istehsal qurulub, həmin ərazidə başqa sahibkarın da eyni istehsalı qurulması mümkün olacaqmı?

- Əlbəttə, mümkündür, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bazar var, 10 eyni müəssisə qurula bilər, yəni heç bir fərq yoxdur.

- Bəs sənaye zonasından kənarda istehsalla məşğul olmaq mümkün olacaqmı? Yoxsa müəssisə yalnız sənaye zonaları daxilində olmalıdır?

- Əlbəttə mümkündür, sənaye zonalarından kənarda da istehsalla məşğul olmaq mümkündür.

- Bunun üçün sahibkarlara torpaq ayrılması prosesi necə baş verəcək?

- Hazırda həmin ərazilərdə torpaq islahatları həyata keçirilməyib. Başa plan təsdiq olunandan sonra, bildiyiniz kimi, hər bir rayonda baş planda sənaye ərazisi ayrılır və bu gün qanunvericilik hansı tələblərlə həmin sənaye digər rayonlardakı kimi orada da elə tətbiq olunacaq.

Fürsətdən istifadə edərək İqtisadiyyat Nazirliyinin nümayəndəsi olaraq sahibkarları və biznes insanlarını həmin ərazilərə investisiya yatırmağa dəvət edirik.

Banner
Banner
  • Ağdam Sənaye Parkı
  • İqtisadiyyat Nazirliyi
  • Zəngilan
  • Azad edilmiş ərazilər
  • sahibkar
  • İlkin Şamilov
  • Ərazilərin bərpası və inkişafı
Paylaş

Digər xəbərlər

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
Qarabağ 20 Mart 2023
Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
"Azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran ölkələrə xəbərdarlıq edirəm"
Qarabağ 18 Mart 2023
"Azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran ölkələrə xəbərdarlıq edirəm"
İlham Əliyev Talış kəndinin Baş planı ilə - TANIŞ OLUB
Qarabağ 18 Mart 2023
İlham Əliyev Talış kəndinin Baş planı ilə - TANIŞ OLUB
İlham Əliyev və  Mehriban Əliyeva Tərtərdə səfərdədilər - SANATORİYA YOLU AÇILDI
Qarabağ 18 Mart 2023
İlham Əliyev və Mehriban Əliyeva Tərtərdə səfərdədilər - SANATORİYA YOLU AÇILDI
Azad edilmiş ərazilərin bərpasına 32 milyard manatdan çox vəsait yönəldiləcək
Qarabağ 17 Mart 2023
Azad edilmiş ərazilərin bərpasına 32 milyard manatdan çox vəsait yönəldiləcək
Azad olunmuş ərazilərin yenidən qurulmasına - 6,5 Mlrd. Manat Yönəldilib
Qarabağ 17 Mart 2023
Azad olunmuş ərazilərin yenidən qurulmasına - 6,5 Mlrd. Manat Yönəldilib
Baş nazir: Bu ilin sonuna qədər laçınlıların birinci qrupu - Rayona Yerləşdiriləcək
Qarabağ 17 Mart 2023
Baş nazir: Bu ilin sonuna qədər laçınlıların birinci qrupu - Rayona Yerləşdiriləcək
İşğaldan azad olunan Talış kəndi bərpadan sonra - FOTOLAR
Qarabağ 16 Mart 2023
İşğaldan azad olunan Talış kəndi bərpadan sonra - FOTOLAR
Emin Hüseynov: "Gələn il Hadrut və Tuğa köç başlayacaq"
Qarabağ 16 Mart 2023
Emin Hüseynov: "Gələn il Hadrut və Tuğa köç başlayacaq"
Emin Hüseynov: "İkinci mərhələdə Talış kəndinə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur"
Qarabağ 16 Mart 2023
Emin Hüseynov: "İkinci mərhələdə Talış kəndinə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur"
Sədr müavini: "Talış kəndinə köçürülənlərə 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib"
Qarabağ 16 Mart 2023
Sədr müavini: "Talış kəndinə köçürülənlərə 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib"
Tərtərin Talış kəndinə - İLK KÖÇ BAŞLAYIR
Qarabağ 16 Mart 2023
Tərtərin Talış kəndinə - İLK KÖÇ BAŞLAYIR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
    13:32 20 Mart 2023
  • Sabah yağış yağacaq - HAVA PROQNOZU
    13:21 20 Mart 2023
  • Azərbaycan ərazisi ilə «Kaşaqan» neftinin - NƏQLİ BAŞLADI
    13:08 20 Mart 2023
  • Bank rəhbərlərinə qarşı cəzaları sərtləşdirməyi – TƏKLİF ETDİ
    12:31 20 Mart 2023
  • Təcili: AZAL endirimlərə başladı – 10 ŞƏHƏR, TARİXLƏR
    12:18 20 Mart 2023
  • İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
    10:13 20 Mart 2023
  • Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
    09:48 20 Mart 2023
  • İranda TIR-lardan rüşvət tələb edilir - SÜRÜCÜLƏR AKSİYA KEÇİRDİ
    23:40 19 Mart 2023
  • "Para" BOKT çoxsaylı işçilər axtarır - MAAŞ 400-700-1000-1500 MANAT - 35 VAKANSİYA
    21:09 19 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    21:05 19 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
    20:56 19 Mart 2023
  • Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1200-1500-2000-2500 MANAT- VAKANSİYALAR
    20:41 19 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3300 MANAT- VAKANSİYA
    20:36 19 Mart 2023
  • Kür və Araz çaylarında suyu artırmaq üçün – TƏDBİRLƏR BAŞLADI – RƏSMİ AÇIQLAMA
    19:14 19 Mart 2023
  • Bakıda müştərilərin banka qoyduğu 316 min manat və 32 min dollar - DEPOZİT OĞURLANIB
    16:09 19 Mart 2023
  • Hava proqnozu açıqlandı - YAĞIŞ, QAR YAĞACAQ
    15:55 19 Mart 2023
  • Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra - UĞURLAR ƏLDƏ EDİLİB
    19:36 18 Mart 2023
  • 913 min qazanan şəxs: "Yuxuda görmüşdüm ki, 900 min udmuşam, bir milyon deyildi deyə deyinirdim" - VİDEO
    16:59 18 Mart 2023
  • “Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa - Biz də onların ərazi bütövlüyünü tanımayacağıq”
    16:53 18 Mart 2023
  • Prezident İlham Əliev Talış kəndindən - XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN
    15:50 18 Mart 2023
  • Türkiyədə zəlzələdə dağılan binaların cəmi - 5%-İ TİKİNTİ NORMALARINA UYĞUN TİKİLİBMİŞ
    15:33 18 Mart 2023
  • NEQSOL Holding “YAŞAT” Fonduna - 500 MİN MANAT AYIRDI
    15:29 18 Mart 2023
  • "Azad edilmiş Talış kəndindən Ermənistanın arxasında duran ölkələrə xəbərdarlıq edirəm"
    14:03 18 Mart 2023
  • İlk 40 turist Şuşaya - YOLA DÜŞÜB
    14:00 18 Mart 2023
  • Beynəlxalq Məhkəmənin həbs qərarından sonra Putin - BU ÖLKƏLƏRƏ SƏFƏR EDƏ BİLMƏYƏCƏK - SİYAHI
    13:55 18 Mart 2023
  • Damcılı suvarma sistemləri neçəyə başa gəlir? - VİDEO
    13:52 18 Mart 2023
  • Azərpoçt bayram günlərində də işləyir - QRAFİK
    13:49 18 Mart 2023
  • “OBA” Naxçıvanda... – FOTOLAR
    13:38 18 Mart 2023
  • Azərbaycana gələn xarici qonaqların və yerli turistlərin qeydiyyatı aparılacaq - HÖKUMƏTDƏN QƏRAR
    13:27 18 Mart 2023
  • Azərbaycandan xaricə ixracı - 6 DƏFƏ ARTIB
    13:17 18 Mart 2023
  • "TikTok" istifadəçilərə alqoritmi sıfırlamağa - İCAZƏ VERƏCƏK
    13:04 18 Mart 2023
  • Bakı aeroportunda sıxlıq, uçuşlar gecikdi - AÇIQLAMA - VİDEO
    12:57 18 Mart 2023
  • Bayram gününün - HAVA PROQNOZU
    12:54 18 Mart 2023
  • “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara - 400 Milyon Manat Qaytarılıb
    12:48 18 Mart 2023
  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü - FOTOLAR
    12:44 18 Mart 2023
  • İlham Əliyev Talış kəndinin Baş planı ilə - TANIŞ OLUB
    12:35 18 Mart 2023
  • Sərhəddə vətəndaşların və avtomobillərin hərəkətində ləngimələr yaranıb - DSX-NİN SİSTEMİNDƏ NASAZLIQ
    12:28 18 Mart 2023
  • Qəbələ otellərində "bayramdır" - 2 AYDA 10 MİN TURİST GƏLİB
    12:25 18 Mart 2023
  • İlham Əliyev və Mehriban Əliyeva Tərtərdə səfərdədilər - SANATORİYA YOLU AÇILDI
    12:17 18 Mart 2023
  • "Azərenerji" ASC-nin tenderində - DƏYİŞİKLİK EDİLDİ
    12:16 18 Mart 2023
  • Yayda Sankt-Peterburqdan Azərbaycana 3 aviaşirkət ucuşlar - HƏYATA KEÇİRƏCƏK
    12:09 18 Mart 2023
  • Biləsuvar Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    12:07 18 Mart 2023
  • Sabiq Naxçıvan maliyyə nazirinin - HƏBS MÜDDƏTİ UZADILIB
    12:05 18 Mart 2023
  • "RM Tires" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:01 18 Mart 2023
  • Həbs edilən gömrük generalları - Ev Dustaqlığına Buraxılıb
    11:57 18 Mart 2023
  • Kirayə üsulu ilə - 3 287 MƏNZİL VERİLDİ
    11:52 18 Mart 2023
  • VTB (Azərbaycan) bayram günləri də - XİDMƏTİNİZDƏDİR!
    11:48 18 Mart 2023
  • Əmək müqavilələrinin sayında - ARTIM OLUB
    11:44 18 Mart 2023
  • “Muxtaroğlu-VM” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    11:43 18 Mart 2023
  • Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTOLAR
    11:35 18 Mart 2023
  • "STP Global Cable" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    11:24 18 Mart 2023
  • Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı - 5% CASHBACK
    11:16 18 Mart 2023
  • Bakıdan Qəbələ və Ağstafaya ilk sürət qatarı - YOLA DÜŞÜB - QİYMƏT - FOTOLAR
    11:10 18 Mart 2023
  • “Təmiz Dünya” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    11:08 18 Mart 2023
  • Rusiya rublu ucuzlaşan neft ilə ucuzlaşır
    11:04 18 Mart 2023
  • Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    11:01 18 Mart 2023
  • Özəlləşdirmə və icarədən büdcəyə 20,7 milyon manat - VƏSAİT ÖDƏNİLİB
    10:59 18 Mart 2023
  • Bitkoin «özünə gəlir» - qiyməti 10 aylıq rekord vurdu – YENİ QİYMƏT
    10:54 18 Mart 2023
  • İcra Hakimiyyəti tədbirlərin təşkili bağlı - TENDER ELAN EDİR
    10:46 18 Mart 2023
  • ABB Sumqayıtda daha bir - FİLİAL AÇDI!
    10:38 18 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!