2022-ci ildə Azərbaycan dövlət büdcəsində Qarabağın yenidən qurulması üçün ayrılan vəsaitin bir hissəsi artıq xərclənib.
Eləcə də bax: Dövlət büdcəsində vəziyyət əladır – MALİYYƏ NAZİRİ AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov İlham Əliyevin sədrliyi ilə 1-ci rübün yekunlarına həsr olunan müşavirədə bildirib.
«Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsait 2,2 milyard manatdır, birinci rüb ərzində 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunmuşdur»-deyə nazir bildirib.