“Ermənistanın Azərbaycan xalqına qarşı qəsdən mina terroru başqa vasitələrlə müharibənin davamıdır”.
Böyük Britaniyanın "RPS Energy Ltd" şirkətinin əməkdaşları Tərtərdə minaya düşdü - 3 NƏFƏR ÖLDÜ
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 28-də Tərtər rayonunda mina partlayışına münasibət bildirərkən bəyan edib.
“Dünən üç humanitar minatəmizləmə operatoru Ermənistanın əkdiyi gizli ölüm toxumlarının qurbanı olub”, - deyə H.Hacıyev bildirib və həlak olan şəxslərin xidməti avtomobilinin qalıqlarının fotosunu özünün “Twitter” hesabında paylaşıb. (Oxu.az)
Armenia's deliberate #mineterror against Azerbaijani people is continuation of war by other means. Yesterday 3 humanitarian mine clearance operators became victims of "hidden seeds of death" implanted by #Armenia. Wreckage of service vehicle operated by them