“Bu gün saat 7 radələrində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının blok postundan Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaqdolu humanitar yükü keçdi. Artıq ərzaqdolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır”.
Ağdam yolu açıldı, Rusiya TIR-ı Xankəndinə keçdi - VİDEO
FED.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.
O bildirib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla ətraflı söhbət etmək imkanı olacaq və bu barədə ətraflı məlumat veriləcək.
“Bizim yüklərimiz hələlik buradadır. Növbəti humanitar yardımlara gəlincə, əvvəllər də qeyd etmişdik ki, biz yerli şəraiti bilmirik, erməniəsilli sakinlərin nələrə ehtiyaclarının olduğu haqda məlumatımız yoxdur. Yəni bu barədə müvafiq qiymətləndirmədən sonra planlama aparılır və biz cəmiyyət olaraq işimizi həmin planlanmaya uyğun qura bilirik. Öncə ehtiyaclar müəyyənləşdirilməlidir. Ehtiyaclar müəyyənləşəndən sonra həmin istiqamətlərə uyğun addım atılmalıdır”, - deyə Ceyhun Mirzəyev bildirib. (Azərtac)