Ermənilər kamikadze dronlarla Azərbaycan mövqelərinə hücum edib 5 güclü partlayış qeydə alınıb.
Ermənilər minaatanlardan atəşə başlayıblar - VƏZİYYƏT GƏRGİNLƏŞİR
Ermənistanın təxribatı nəticəsində hərbçimiz ağır yaralandı - TƏCİLİ
FED.az biznes və maliyyə xəbərləri portalı "Caliberə istinadən xəbər verir ki, şərti (yəni hələ dəqiq müəyyən edilməmiş) Ermənistan-Azərbaycan sərhədində toqquşmalar intensivləşir.
Caliber.Az-ın məlumatına görə, Ermənistan tərəfi Azərbaycan ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə edir, indiyədək 5 güclü partlayış qeydə alınıb.
İlkin məlumatlara görə, İran istehsalı olan dronlardan danışmaq olar.
Azərbaycanın Müdafiə Nazirliyi də bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirirlər. "Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür"-deyə nazirlik bildirir.