Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin ailələrinin də Qarabağa yerləşdirilməsi təklif edilib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.
Rusiya sülh müqaviləsindən sonra da Qarabağda qalmaq istəyir – MOSKVADAN RİYAKAR AÇIQLAMA
Məlumata görə, Qarabağdakı erməni separatçılarının “rəhbəri” Arayik Arutyunyan bölgədə olan 1500 sülhməramlının burada daha dərindən məskunlaşması üçün onların ailələrinin də köçürülməsi üçün əlindən gələni edir.
“Əldə etdiyimiz məlumata görə, Arutyunyan bu məsələ ilə bağlı Rusiyanın yuxarı instansiyalarına müraciət edib və rusiyalı sülhməramlıların ailə üzvlərinin köçürülməsinin təşkil olunacağına dair onlardan təminat alıb”, - deyə məlumatda qeyd olunub.