Rusiya Müdafiə Nazirliyi Qarabağdakı yaşayış məntəqələrinin erməni adları ilə adlandırılması ilə bağlı Azərbaycan tərəfinin etirazına özünəməxsus şəkildə cavab verib.
Müdafiə Nazirliyindən Rusiyaya etiraz - YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN ADINI "ERMƏNİLƏŞDİRİR"
DTX: "Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"
FED.az xatırladır ki, son vaxtlar Rusiya Müdafiə Nazirliyi Qarabağdakı «sülhməramlı» qıvvələrin fəailyyəti və ümumiyyətlə bu zonadakı vəziyyətlə bağlı məlumatlarında yaşayış məntəqələrinin və digər toponimlərin adlarını Azərbaycan dilində deyil, erməni variantında qeyd edir.
Rusiyanın hərbi xəritələrində də son vaxtlar eyni proses müşahidə edilməkdədir.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə etiraz edərək adların Azərbaycan variantını göstərməyi tələb etmişdi. Sonuncu belə etiraz Azərbaycanın Ağdərə və Xocavənd yaşayış məntəqələrinin Rusiya tərəfindən qanunsuz olaraq erməni variantı ilə – yəni «Mardakert» və Martuni adlandırılması ilə bağlı olmuşdu.
Dünən isə Rusiya müdafiə nazirliyi buna cavab yayıb.
Rusiya tərəfi bildirir ki, regiondakı (yəni Qarabağdakı) yaşayış məntəqələrinin adları 1991-ci ilin xəritələrinə uyğun adlandırılır. Öz absurd izahatına haqq qazandırmaq üçün Rusiya tərəfi bildirir ki, Azərbaycan da Ermənistanla sərhədləri 1991-ci il sərhədlərinə uyğun müəyyən etməyi və sülh müqaviləsi bağlamağa hazırdır.
Bəyanatın ikinci hissəsində isə Rusiya tərəfi öz əsl niyyətini və işğalçı mahiyyətini ortaya qoyur: «Bu sülh müqaviləsi imzalanandan və Rusiya «sülhməramlı» kontingentinin mandatı UZADILDIQDAN SONRA (fərqləndirmə bizimdir – FED.az) Qarabağa münasibətdə rəsmi olaraq Azərbaycan xəritələrinə keçmək mümkün ola bilər» - deyə Rusiya Müdafiə Nazirliyi bildirir.
Açıqlamanın rus dilində variantı belədir:
Названия населенных пунктов и региона Минобороны России даёт в соответствии с картами 1991 года, по которым Азербайджан готов проводить границу и заключать мирный договор с Арменией. После того, как этот мирный договор состоится и мандат российского контингента будет продлён, несомненно, официально можно будет перейти на азербайджанские карты в отношении Карабаха.