Erməni tərəfi ilə noyabrın 10-da əldə edilən razılaşmaya baxmayaraq işğaldan azad edilən ərazilərdə erməni silahlıları hələ də qalır və onların qəfləti hücumları nəticəsində Azərbaycan hərbçiləri həlak olub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
DTX Qarabağda erməni təxribatına qarşı - Əməliyyat Keçirdi
Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.