Sosial şəbəkələrin Azərbaycan seqmentində ermənilərə məxsus hərbi avtomobillərin və zirehli texnikanın Xankəndini tərk etməsi barədə video yayılıb.
Eləcə də bax: "İnana bilmirik, Xankəndi Bakıya tabe olmağa başlayır"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin anları Azərbaycan hərbçiləri lentə alıb.
Görüntülərdə bildirilir ki, ermənilər tanklar və digər zirehli texnikalarla birgə ərazini tərk edirlər.