Dağlıq Qarababağda 2022-ci ilin mart ayına qədər yerli özünüidarə strukturlarına heç bir "seçki" keçirilməyəcək.
FED.az xəbər verir ki, Xankəndidəki terrorçu xuntanın rəhbərliyinin yaydığı bəyanatlara görə, "hərbi vəziyyətin qüvvədə olmasını nəzərə alaraq yerli özünüidarə strukturlarına, yəni bələdiyyələrə seçkilərin iki il müddətinə təxirə salınmasına" qərar verilib.
Bununla bağlı fərmanı Xankəndidəki xuntanın lideri Araik Harutyunyan imzalayıb.
Qarabağda hazırda Rusiyanın sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə mövcud olan yerli özünüidarə strukturlarının səlahiyyətləri yeni seçkilərdən sonra heyəti müəyyənləşəcək bələdiyyə qurumlarının ilk iclasına qədər uzadılır. İcma rəhbəri və ya ağsaqqallar şurasının üzvünün səlahiyyətlərinin vaxtından əvvəl başa çatması, ya da çatdırılması halında onun yerinə səlahiyyətləri müvəqqəti icra edən şəxs təyin ediləcək.
Araşdırmaçı jurnalist Elchin Alioglu bildirib ki. Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyinin bu qərarı Ermənistanda və xarici ölkələrdəki erməni diaspor təşkilatlarında şok effekti yaradıb.
Daha doğrusu, erməni diasporunun funksionerləri və struktur rəhbərlərinin reaksiyalarını bir ifadə ilə səciyyələndirmək olar: "İnana bilmirik, Xankəndi Bakıya tabe olmağa başlayır".
Bu sözlər ABŞ-dakı erməni icmasının tanımış üzvlərindən biri Artaşes Poqosyana məxsusdur.
"Araik Harutyunyanın davranışından, onsuz da, şübhələnirdik. Onun İkinci Qarabağ Müharibəsindəki bəyanatları, açıqlamaları və ən başlıcası, göstərişləri həddən ziyadə qarışıqdı. İndisə yerli özünüidarə orqanlarına seçkilər iki il müddətinə təxirə salındı. Buna inanan bilmirəm. Sanki qarabağlı ermənilərin taleyi Bakıya tapşırılır. Deyəsən, Ermənistan rəhbərliyi ilə Bakı arasında yeni, ictimaiyyətə açıqlanmayan razılaşma var. Araik Harutyanyan da bu razılaşmaya əsasən davranır. Əks təqdirdə belə inanılmaz, yaramaz, qorxaq qərar verilməzdi", - A.Poqosyan deyib.