Bakıdan Xankəndiyə göndərilən 40 ton un məmulatının köhnə və keyfiyyətsiz olması barədə erməni tərəfinin iddiaları əsassızdır.
40 ton humanitar yardımın keyfiyyət sertifikatı sülhməramlılara - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Elşən Səlimzadə humanitar yükün gözlədiyi ərazidə xarici media qurumlarının əməkdaşlarına deyib.
O bildirib ki, hər birində 20 ton olmaqla iki yük maşınına yüklənmiş əla növ ərzaqlıq buğda unu 28 avqust 2023-cü ildə istehsal edilib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub. (Apa)