“Bakıdan Xankəndiyə göndərilən un məmulatlarının keyfiyyət sertifikatı var. Biz sertifikatın rus dilində olan versiyasını da Rusiya sülhməramlılarına təqdim etmişik”.
Bakıdan Qarabağ ermənilərinə 40 ton humanitar yardım aparan karvan - Ağdam-Xankəndi Yolunda Gözləyir
FED.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.
“Hazırda gözləmə mövqeyindəyik. Bu vaxta qədər vəziyyətdə hələ heç bir dəyişiklik yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.
40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir. (Apa)