Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1 200-dən çox müraciət daxil olub.
Eləcə də bax: Qarabağda iş quran şirkətlərə – YENİ GÜZƏŞTLƏR VERİLƏCƏK - YENİLİK
FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş xüsusi sessiyada çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev bildirib.
O deyib ki, müraciətlər KOBİA vasitəsilə qəbul edilir: "Bu müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 108-i Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri də durmadan inkişaf edir. 2022-ci ildə (yanvar-may ayları ərzində) ticarət dövriyyəsinin həcmi 2,45 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çoxdur.
2021-ci ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 4,7 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 12,1% çoxdur. Ötən il Azərbaycanın Türkiyəyə ixracı illik ifadədə 8,5% artaraq 2,8 mlrd. dolları ötüb. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard ABŞ dollara çatıb". (Report)