Media Təhlil Mərkəzi əhali arasında azad edilən torpaqların iqtisadi inkişafı məsələsinə dair sorğu keçirib.
Eləcə də bax: Prezident: "Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik"
FED.az xəbər verir ki, 426 respondentin iştirak etdiyi sorğuya əsasən, respondentlərin 30,8%-i düşünür ki, işğüzar fəallığı artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə zavod və fabriklər açılmalıdır.
Daha 25,1%-i xüsusi iqtisadi zonanın yaradılmalı olduğunu qeyd ediblər, aqroparkların və fermer təsərrüfatlarının yaradılmalı olduğunu deyənlər 24,4%, xarici investisiyaların cəlb olunmasını zəruri sayanlar isə 19,7%-ni təşkil edir.
Eyni zamanda, respondentlərin 55,4%-i hesab edir ki, azad edilmiş ərazilərdə turizm və xidmət sahəsinə diqqətin ayrılması iqtisadi cəhətdən daha əlverişlidir. Kənd təsərrüfatı sahəsinin inkişafına üstünlük verənlərin sayı respondentlərin 33,1%-ni təşkil edir. Sorğu iştirakçılarının 6,3%-i sənaye, 4,7%-i tikinti sektoru, 0,5%-i isə ticarət cavabını seçib. (İnterfaks)