Səudiyyə Ərəbistanı İnkişaf Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrini maliyyələşdirə bilər.
Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə Anlaşma Memorandumu - İMZALAYIB
FED.az xəbər verir ki, bunu Azərbaycanla Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 7-ci iclasında maliyyə naziri Samir Şərifov deyib.
“Səudiyyə Ərəbistanı İnkişaf Fondu işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası prosesində iştirak edə bilər. Həmçinin Səudiyyə Ərəbistanından olan bir sıra şirkətlər də belə layihələrə maraq göstərə bilər”, - deyə nazir bildirib.
O qeyd edib ki, Azərbaycan 2 il ərzində (2021-2022-ci illər – İF) işğaldan azad edilmiş ərazilərin bərpasına $4 milyarddan artıq vəsait yönəldib.
İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan S.Şərifov vurğulayıb ki, bu gün keçirilən biznes forum bu istiqamətdə yaxşı dəstək ola bilər. (İnterfaks)