Bu gün Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə Ərəbistanının İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda - SAZİŞLƏR İMZALANIB
FED.az nazirliyə istinadən xəbər verir ki, sənədi nazir Mikayıl Cabbarov və Fondun Baş icraçı direktoru Sultan Abdulrahman Al-Marshad imzalayıblar.
Memorandumda Fondun ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşdirməsi üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb.