Xəbər verildiyi kimi, mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Eləcə də bax: Ağdam cənnət olacaq - Venesiyadakı kimi Kanal, Şəhər Şəlaləsi...
FED.az xəbər verir ki, burada digər məsələlərlə yanaşı, şəhərdə təhsil müəssisələri ilə bağlı gözlənilən yeniliklər də açıqlanıb.
Bildirilib ki, Təhsil Nazirliyinin təklifi ilə şəhərdə 15 məktəb layihəsi verilib. Bundan başqa, prezidentin tapşırığı ilə Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər də yaradılacaq.
Bundan başqa, Ağdama investorlar da burada xüsusi məktəb inşa etmək istəyirlər: «Onlar da istəsələr gəlib burada kamplarını qura bilərlər, tələbələrimiz gedib orada-burada qalmaqdansa, özləri gözəl Ağdamda, Şuşaya çox yaxın tarixi bir yerdə təhsillərini ala bilərlər»-deyə layihəni təqdim edən «Ağ şəhər»in rəhbəri Ruslan Sadıqov bildirib.