Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın-Xankəndi yolunun (Laçın yolu) da açılmasının mümkün olduğunu deyib.
"Azərbaycan divarlar deyil, yollar inşa edir!”
FED.az xəbər verir ki, "24 saat sonra (Ağdam-Xankəndi yolu açıldıqdan sonra) Laçın yolu da açılacaq. Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, - deyə Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisisinin sözlərinə görə, Azərbaycan Qarabağ bölgəsinin təchizatı üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edir.
Vaqif Xaçatryanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini keçməyə cəhd edərkən saxlanılması məsələsinə toxunan Hacıyev bir çox şahidlərin onu tanıdığını qeyd edib. “Biz heç vaxt deməmişik ki, hərbi cinayətkarlar məhkəmə qarşısına çıxarılmamalıdır”, - deyə şöbə müdiri vurğulayıb. (İnterfaks-Azərbaycan)