“Ağdam-Əsgəran-Xankəndi yolu hazır, işlək və bütün lazımi malların daşınması üçün açıqdır”.
"Azərbaycan Qarabağ ermənilərinə Füzuli - Şuşa yolunu da təklif edib"
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tviter) hesabında paylaşım edib.
Onun sözlərinə görə, Ağdamdan Xankəndiyə cəmi 23 kilometr yoldur: “Diplomatik korpus və beynəlxalq media ilə yolun üzərindəyik və Əsgərana tərəf baxırıq. Azərbaycan divarlar deyil, yollar inşa edir!”