Türkiyə şirkətləri işğaldan azad olunan ərazilərdə fəaliyyətə və bu bölgələrə investisiya yatırmağa maraq göstərirlər.
"İlin sonu Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 7,5 milyard dollar olacaq"
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov Bakıda keçirilən Azərbaycan Türk İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası" mövzusundakı konfransda deyib.
Onun sözlərinə görə, indiyədək 100-dən artıq Türkiyə şirkəti Qarabağda fəaliyyət üçün müraciət edib. «Bu gün Türkiyə şirkətləri tərəfindən Qarabağa investisiya yatırılması üçün 111 müraciət qeydə alınıb. Türkiyə şirkətlərinin sektoral və sahələr olaraq təşkilatda olmaq mədəniyyəti və təcrübəsi kifayət qədər yüksəkdir və biz bu təcrübədən gələcəkdə istifadə edəcəyik» - deyə KOBİA rəsmisi bildirib.