Azərbaycan və Türkiyə arasında bu ilin 10 ayında 6,7 milyard dollar dəyərində ticarət əməliyyatları aparılıb. Bu rəqəmi ilin sonunadək 20 faiz artıracağıq.
Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları keçdi
FED.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağçı bu gün Bakıda keçirilən "Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası" mövzusundakı konfransda deyib.
Qardaş ölkənin səfiri bildirib ki, bu ilin sonunadək ölkələrimiz arasında ticarət dövriyyəsi 7,5 milyard dollar olacaq.
C.Bağçı diqqətə çatdırıb ki, Azərbaycanla münasibətlər bütün sahələrdə inkişaf edir: “Bu münasibətlərdə iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Əsas hədəfimiz Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır və hazırki rəqəmlər bu hədəfə gedən yolun yarısında olduğumuzu göstərir".
Səfir, həmçinin Türkiyənin neft və təbii qaza olan tələbatının ödənilməsi baxımından qardaş ölkə Azərbaycanın birinci yerə yüksəldiyini və digər tərəfdən Azərbaycanın qərbə enerji ixracında Türkiyənin mühüm körpü olduğunu qeyd edib. (Azərtac)