Macarıstanın loukoster şirəti «Wizz Air» Kutaisidən Avropaya 8 yeni mövsümi reys işə salır. FED.az gürcü mətbuatına istinadən xəbər verir ki, yay mövsümünün sonunadək (oktyabrın 27-dək) şirkət Gürcstandan Hollandiyanın Eyndhoven şəhərinə,Estoniyanın paytaxtı Tallinə, Belçikanın paytaxtı Brüsselə, Danimarkanın paytaxtı Kopenhagenə, İtaliyanın Bari və İsveçrənin Bazel şəhərlərinə, eləcə də Polşanın Krakov və Qdansk şəhərlərinə uçacaq.
Reyslər A320 və A321 təyyarələri ilə həyata keçiriləcək. Qdanska uçuşlar artıq martın 31-dən başlayıb. Digər 7 istiqamətə isə avqustdan başlanacaq.
Rəsmi məlumatlara görə, «Wizz Air» 2018-ci ildə Gürcüstanın ən populyar aviaşirkətinə çevrilib.Ölkənin aviasiya bazarında macar şirkətinin payı 12% təşkil edir. Ötən il «Wizz Air» Gürcstanda 587,2 min nəfərə xidmət göstərib. Hazırda şirkət Kutaisidən 21 istiqamətə uçur.
Eləcə də bax: Azərbaycandan Türkiyəyə gedənlərin sayı bir ayda - 50 MİNİ KEÇİB