“Türk Hava Yolları” (THY) şirkəti aprelin 6-sı, saat 02:00-dan etibarən Atatürk Beynəlxalq Hava Limanından uçuşları dayandıracaq.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin sərnişinlərə müraciətində bildirilir.
Müraciətdə həmçinin deyilir ki, həmin gün saat 14:00-dan etibarən bütün uçuşlar İstanbulun yeni aeroportundan yerinə yetiriləcək.