Martın 7-də həyata keçirilməli olan Ərbil-Bakı-Ərbil aviareysi ləğv edilib.
FED.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Iraqi Airways” aviaşirkətinin yerli vaxtla saat 13:00-da “IA 425” saylı Ərbildən Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən aviaşirkətinin yerli vaxtla saat 14:00-da Bakıdan Tehrana “IA 426” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-300” təyyarəsi ilə həyata keçirilməli idi.
Ərbil-Bakı-Ərbil aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Eləcə də bax: Bütün avtobuslarda yeni aparatlar quraşdırılacaq - YENİLİK