Otelçilik sahəsində 15 ildən çox beynəlxalq təcrübəyə malik azərbaycanlı Rüfət Babayev Türkiyədə 5 ulduzlu lüks otel olan "Grand Hyatt İstanbul"un Baş Meneceri təyin olunub.
Eləcə də bax: Türkiyədəki lüks otelə azərbaycanlı rəhbər - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, bu barədə R.Babayevin özü Linkedin sosial şəbəkəsində məlumat verib.
İki qitəni birləşdirən İstanbulun mərkəzində taksimdə yerləşən 5 ulduzlu lüks otel "Grand Hyatt İstanbul" qonaqlarına müasir dizayn və yüksək xidmət səviyyəsini təqdim edir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən "Grand Hyatt" otellər şəbəkəsinə 55 otel daxildir.
Rüfət Babayev əmək fəaliyyətində Azərbaycanda "Hyatt Hotel Baku"da başlasa da, daha sonra Varşava (Polşa), Kiyev (Ukrayna), Çikaqo (ABŞ) və Saloniki (Yunanıstan) kimi şəhərlərdə yerləşən "Hyatt Regency" otellər şəbəkəsində müxtəlif yüksək vəzifələrdə çalışmışdır. (moneta.az)
Azərbaycanlı Türkiyədə 5 ulduzlu lüks otelin rəhbəri - TƏYİN EDİLİB
23:30
26 Yan 2019