Bir illiyə təmirə dayanmış və adını dəyişmiş “Shamakhi Palace Sharadil” yenidən fəaliyyətini bərpa edib.
FED.az xəbər verir ki, bir neçə gün əvvəl KİV nümayəndələri və bloggerlər üçün infor tur təşkil edən hotel menecmenti “Shamakhi Palace Sharadil”i «Dağlıq Şirvan bölgəsinin ən böyük və elit mehmanxana kompleksi» elan edib.
Eləcə də bax: Azərbaycanda harada dincəlmək olar? - FOTOLAR
Doğrudan da oteldə ənənəvi «standart» otaqlar yoxdur, burada ən aşağı qiymət kateqoriyası «delüks» səviyyəsindən başlayır.
Səfər zamanı qonaqlar 5 ulduzlu otel ilə yaxından tanış olub, eləcə də buradakı xidmət və rahatlığından istifadə ediblər. “Shamakhi Palace Sharadil” qonaqlara dağların başına açılan əla görüntüyə malik 6 mərtəbəli əsas binada yerləşən 102 möhtəşəm və olduqca rahat otaq və 18 kotec təklif edir.
Otelin standart kateqoriyalı otaqları dağlara və meşələrə açılan valehedici görüntüyə malik “Deluxe Garden” və “Deluxe Pool” apartamentləridir. Onların qiymətləri 238 manatdan başlayır.
Klassik və ekspansiv üslubda hazırlanmış 215 kv.m. lyuks “King Panorama Suite” isə öz genişliyi və gözəl təbiətə açılan 180 dərəcə panoraması ilə seçilir. Burada bir gecəlik qiymətlər 1218-1368 manat arasında dəyişir.
2 yataq otağı olan və 4-5 nəfərin yerləşəcəyi suitlərin gecəsi – səhər yeməyi ilə 1218 manat, gündə 3 dəfə qidalanma ilə 1458 manatdır.
3 yataq otağı olan və 6-7 nəfərin yerləşəcəyi suitlərin gecəsi – səhər yeməyi ilə 1 368 manat, gündə 3 dəfə qidalanma ilə 1728 manatdır.
“Shamakhi Palace Sharadil”də məşhur qonaqların qəbulu üçün qüsursuz bəzədilmiş üç ədəd prezident otağı - “Presidential Suite” var. 265 kv.m-lik bu nömrələr iri və geniş qonaq otaqları, iki yataq otağı, qarderob və barı ilə ən tələbkar müştərilərin tələblərinə belə cavab verir.
Otelin ən bahalı otaqları da bunlardır. Həmin otaqda bir gün gucələmək 2498 manat, gündə 3 dəfə yeməklə olduqda isə 2898 manatdır.
Oteldə SPA mərkəzi, qapalı və açıq hovuz, cakuzi, türk hamamı, sauna və ən əsası məşhur dünya brendlərindən, akkreditə olunmuş mütəxəssislər tərəfindən həyata keçirilən xüsusi SPA proseduralar təklif olunur.
Otelin maraqlı məkanlarından biri olan “Pegasus Night Club”da müasir musiqili tədbirlər, eksklüziv ziyafətlər və xüsusi bayramlar üçün mükəmməl şərait yaradılıb. “B&B Bar” isə bilyard və boulinq həvəskarlarına yüngül qəlyanaltılar və təravətləndirici içkilər təklif edir.
“Shamakhi Palace Sharadil”da həmçinin korporativ və ya irimiqyaslı konfransların keçirilməsi üçün 200 nəfəri yerləşdirəcək “Shamakhi Hall” var. 350 nəfəri yerləşdirəcək “Baku Ballroom” isə qala gecələrin və toyların keçirilməsi üçün ideal bir məkandır. “Shamakhi Palace Sharadil”də Aıropa və mili mətbəx restoranları da var.
“Shamakhi Palace Sharadil” Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektar təşkil edir.