“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi yaradılıb.
Bu barədə FED.az "Report"a istinadən xəbər verir.
Məlumata görə, katibliyə rəhbərlik indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yarım Şurasının katibi olan Natəvan Bayramovaya həvalə olunub. O, qurumun sözçüsü kimi Sevinc Qədirovanı əvəz edib.