İyulun 18-dən etibarən Qazaxıstanın Azərbaycandan beşinci “hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti Bakı–Şarm əl-Şeyx marşrutu üzrə həftəlik reyslərə başlayıb.
Eləcə də bax:Festivalla bağlı daşımalar - BAŞLADI
“Aviareysa yerlərin 99% dolub. Qurban bayramı ilə əlaqədar biletləirn satışı həyata keçirilir”, – “Selfie Travel” satış üzrə operatorun direktor müavini Valentina Xaraxordina bu marşrut ilə iklk reysi şərh edərkən bildirib.
Onun sözlərinə görə, aviareysin yay proqramı artıq qış mövsümü üçün uzadılıb.
“Yeni İlə kimi bronlaşdırma üzrə sorğu artıq var. Otellərdən qiymətləri əldə edən kimi müvafiq olaraq satış müddəti uzadılacaq”, – o əlavə edib.
2016-cı ilin iyun ayında Misirin “Air Cairo” şirkəti Şarm Əl-Şeyx-Bakı marşrutu ilə birbaşa reys açıb. Lakin, artıq iyulun 4-dən tələbatın zəif olması ilə əlaqədar bu reysi dayandırdı. Həmin dövrdən etibarən tərəflər arasında birbaşa aviareyslərin bərpası məsələsi ilə bağlı müzakirələr aparılıb.