09 iyul 2019 01:04

Elektrik xəttində açılma olub - BAKI-TBİLİSİ QATARI YOLDA QALIB

Elektrik xəttində nasazlıq səbəbindən Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb.  
FED.az xəbərr verir ki, qatardakı sərnişinlərdən birinin APA-ya verdiyi məlumata görə, hadisə dəmiryolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 
Eləcə də bax: Bakı-Gəncə qatarında 100 manatlıq biletə nə daxıldır? - SİYAHI

İlkin məlumata görə, qatarın hərəkətinin dayanması elektrik naqilində yaranmış nasazlıqla əlaqədar olub. 
Sərnişinin bildirdiyinə görə, hazırda qatarın qapılar bağlıdı və hərəkətin nə zaman bərpa olunacağı barədə onlara məlumat verilməyib. 
Stansiyadan verilən məlumatda isə bildirilib ki, elektik  naqillərində qısaqapanma baş verib və qatarın hərəkəti dayandırılıb. Hazırda hadisə yerində təmir işlərinə başlanılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz