“Mahaçqala-Bakı” gecə ekspresi 2019-cu ilin payızında istifadəyə veriləcək.
FED.az xəbər verir ki, şimali Qafqaz Dəmir Yolunun rəisi Vladimir Pyastolov bunu Dağıstanın rəhbəri Vladimir Vasilyevlə görüşdə bildirib.
Eləcə də bax: Sabunçudan Bakının mərkəzinə - CƏMİ 15 DƏQİQƏYƏ – ƏTRAFLI
V.Pyastolov deyib: “Bu il Bakıya gedən qatarların hərəkət cədvəli tamamilə yenilənəcək. Biz payızda “Mahaçqala-Bakı gecə ekspresi” adlı beynəlxalq marşrut açılması barədə razılığa gəlmişik. Bu marşrutda yeni, rahat yataq vaqonları və əlverişli hərəkət cədvəli tətbiq ediləcək. Biz respublika sakinlərinin, məsələn axşam saat 20:00-da Mahaçqalada rahat vaqonlara minərək təqribən saat 7:00-da Bakıya çatmaları üçün şərait yaradacağıq”.