Zəngilanda tikilməkdə olan yeni hava limanından ilk test uçuşu həyata keçirilib.
Eləcə də bax: Zəngilan aeroportunda hava hərəkətini idarəetmə sistemi sınaqdan - KEÇİRİLİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uçuşun görüntülərini öz tvitter hesabında Milli Məclisin deputatı Tural Gəncəliyev paylaşıb: “Şərqi Zəngəzur bölgəsinin böyük potensialı var”.
Deputat qeyd edib ki, bu potensial yaxın vaxtlarda bölgə Qərbi Zəngəzurla birləşəndən sonra daha da artacaq.