Nəqliyyat

Yükünüz ağırdır? - Bakının ən sərfəli yükdaşıma şirkətləri - QİYMƏTLƏR

Yükünüz ağırdır? - Bakının ən sərfəli yükdaşıma şirkətləri - QİYMƏTLƏR | FED.az
11:34 11 Okt 2019

Paytaxtda köçməyə harada kömək edirlər?

Bu gün Bakıda yükdaşıma xidmətlərinə təlabat çoxdur. Bu cür daşınmanın əsas üstünlüklərindən biri avtomobillərin mobilliyi və yüklərin tez çatdırılmasıdır.  

FED.az Bakucity.az-a istinadən yükdaşıma xidmətləri barədə məlumat verir:

“Yük taksisi”

Şirkət 166 qaynar xəttində mövcuddur və 2012-ci ildən  xidmət göstərir. Xidmətlər həftədə 7 gün 24 saat verilir.

Yük taksi sifarişi və yükləmə ilə yanaşı, burada xalça təmizliyi, işçilərin və mütəxəssislərin xidmətləri, evakuasiya, təmizlik və s. sifariş etmək olar. Şirkət aşağıdakı xidmətləri göstərir: yüklərin daşınması, evlərin və ofislərin köçürülməsi, ev heyvanlarının daşınması, qida məhsullarının daşınması.

“Sərfəli yükdaşıma”

Qaynar xətt nömrəsi 188-dir. Bazarda 2013-cü ildən fəaliyyət göstərir. Şirkət qablaşdırma, yükləmə və malların daşınması ilə məşğuldur. Qablaşdırma üçün karton qutular və hava qabarcıqlı lent istifadə olunur. Burada ayrıca olaraq köç zamanı vacib olan mebel sökülməsi və quraşdırılması üçün usta xidmətini də  sifariş edə bilərsiniz. 

Şirkət mebel və məişət əşyaları, musiqi alətləri, məişət texnikası, seyflər, bitkilər, tikinti materialları, zibil və tullantıları daşıyır.  Qeyd edək ki, şirkət yalnız kiçik ofisləri deyil, həm də bütün qurumu köçürməklə məşğuldur.

Bundan əlavə, şirkət evakuasiya, təmizlik, ayıq sürücü və digər xidmətlər də təklif edir.

“Ucuz yükdaşıma”

Şirkət 2007-ci ildən həftənin yeddi günü 24 saat fəaliyyət göstərir. Burada anbar, fəhlə xidmətləri, təmizlik, evlər və ofislər üçün yük taksi sifariş edə bilərsiniz.

Şirkət mebel, musiqi alətləri, ev heyvanları daşınması ilə məşğuldur. Şirkət altı tona qədər yük daşımağın təxminən 50-60 manata başa gələcəyini öhdəsinə götürür.

Əlaqə nömrəsi - (012) 408 83 18.

“Optimal yükdaşıma”

Şirkət evlər və ofislər üçün yük taksi xidmətləri göstərir. Şirkət müştərilərinə hər cür yüklərin daşınması, evlərin, ofislərin, bağ evlərinin köçürülməsi, yüklərin qablaşdırılması, eləcə də usta, peşəkar fəhlə və təmizlik xidmətlərini təklif edir. 

Əlaqə nömrəsi - (+994 55) 598 54 24

“Ray's Cargo”

Şirkət həftənin yeddi günü 24 saat fəaliyyət göstərir. Qaynar xətt - 1920-yə zəng etməklə şirkətin xidmətlərindən istifadə edə bilərsiniz.

Şirkət xidmətlərinin siyahısına aşağıdakılar daxildir: malların qablaşdırılması və daşınması, usta xidmətləri (elektrik, santexnika, mebellərin sökülməsi və s.), tikinti materiallarının daşınması, ev və ofis üçün təmizlik xidmətləri, səyyar quru təmizləmə. 

Şirkət həmçinin qeyri-standart avadanlıqlar üçün universal qaldırıcı platformaya malikdir.

Sonda qeyd edək ki, paytaxtdakı yükdaşıma şirkətlərinni əksəriyyəti gecə-gündüz fəaliyyət göstərir. Əlbəttə ki, daşınma dəyəri yükün ağırlığına və ölçüsünə, yüklənmə yerindən boşaltma yerinə qədər olan məsafəyə, habelə əlavə xidmətlərin göstərilməsinə görə ayrıca hesablanır.

Aşağıda nəqliyyatın ilkin dəyəri ilə qiymət cədvəlini təqdim edirik:

Şirkət

Qiymətlər

“Yük taksisi”

20,00 AZN – dən

“Sərfəli Yükdaşıma”

15,00AZN – dən

“Ucuz Yükdaşıma”

15,00AZN – dən

“Optimal Yükdaşıma”

 35,00AZN – dən

“Servisklub”

 30,00AZN – dən

“Ray'sCargo”

 17,00AZN – dən

Digər xəbərlər