“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) builki “Yüksəliş” müsabiqəsində qalib gəlmiş əməkdaşı Kamal Hüseynli yüksək vəzifəyə təyin edilib.
4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu - ADLARI
FED.az ADY-yə istinadən xəbər verir ki, K. Hüseynli “ADY Ekspress” MMC-nin direktor müavini vəzifəsinə təyinat alıb. Buna qədər o, həmin şirkətdə baş maliyyə inzibatçısı olaraq çalışıb.
Bu təyinat ADY-nin gənc və perspektivli kadrların irəli çəkilməsi, kadr potensialının inkişafı və insan resurslarının strateji idarə olunması istiqamətində gördüyü əsaslı işlərin növbəti təzahürüdür.