Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə və sürücülərinə xəbərdarlıq edib.
ELƏCƏ DƏ BAX: Bakıda avtobuslarda YENİLİK - Sürücünün qayda pozuntusunu aşkarlayana hədiyyə
İdarədən Trend-ə verilən məlumata görə, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabır ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunub:
"Maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinin ətrafında yerləşən kənd və qəsəbələrə, eləcə də paytaxtda tikinti materiallarının satışı üzrə fəaliyyət göstərən ticarət obyektlərinə günün istənilən vaxtı gediş-gəliş üçün bir neçə marşrut müəyyənləşdirilmiş və cari il noyabr ayının 15-dən sonra həmin marşrutlardan kənara çıxaraq qaydaları pozan sürcülər haqqında elektron qərarların qəbul ediləcəyi barədə məlumat verilib.
Bununla əlaqədar məhdudiyyətin tətbiq edildiyi müddət ərzində paytaxta daxil olan maksimum kütləsi 5 tondan artıq olmayan yük avtəmobilləri sahiblərindən və sürücülərindən xahiş olunur ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində maksimum kütlə göstəricisinin olub-olmamasına bir daha diqqət yetirsinlər, belə gösrəricilərin qeyd edilmədiyi təqdirdə yük avtomobillərinin girişini qadağan edən vaxt məhdudiyyəti tətbiq edilmiş yol nişanlarının təsir zonasına daxil olarkən inzibati məsuliyyətə cəlb edilməmələri üçün həmin avtomobilin daimi qeydiyyatda olduğu ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan bölümlərinə müraciət etsinlər".
Yük daşıma ilə məşğul olan sürücülərə - XƏBƏRDARLIQ EDİLDİ
19:13
12 Noy 2018