Rusiya vətəndaşlarının ölkədən çıxışına məhdudiyyətlər qoyulması məsələsi Kremldə müzakirə olunmur.
FED.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.
Rusiya sərhədini avtomobillə keçmək üçün tarix və vaxtı rezervasiya etmək - LAZIM OLACAQ
Xatırladaq ki, bu gün Rusiya KİV-lərində Dövlət Dumasına ölkə sərhədlərini tərk etmək üçün əvvəlcədən vaxt müəyyən edilməsinə dair qanun layihəsi təqdim olunması xəbəri müzakirə edilir. Qanun layihəsinin müəllifi, deputat Yevgeni Moskviçyov məsələyə aydınlıq gətirərək bildirib ki, yeni qaydalar yalnız yükdaşımalarına aiddir. Onun sözlərinə görə, yük maşınları sərhədlərdə uzun müddət dayanmalı olurlar. Əgər qanun layihəsi təsdiqlənərsə, bu, yük avtomobillərinin sərhəddən rahat keçməsinə imkan verəcək.
Deputat yeni qaydaların, xüsusilə, Azərbaycan (Yaraq-Kazmalyar), Gürcüstan (Yuxarı Lars), eləcə də Çinlə həmsərhəd buraxılış məntəqələrinə aid ola biləcəyini vurğulayıb. (Azərtac)