Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda sərnişindaşıma ilə məşğul olan taksilər üçün nəzərdə tutulan qaydaları açıqlayıb.
Eləcə də bax: Qanunsuz sərnişindaşıma ilə məşğul olan 7 taksi sürücüsü - Həbs Edildi
İdarənin şöbə rəisi Vaqif Əsədov bildirib ki, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirmək lazımdır:
"Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri "Taksi" tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təhciz olunmalı, salonunda taksometr, sürücünün adı, soyadı, fotoşəkili və daşıyıcının adı, ünvanı, telefon nömrəsi barədə məlumat lövhəsi yerləşdirilməlidir. Taksi sürücüləri sərnişinləri düşürən zaman dayanma - durma qadağan olunmayan yerdə dayanmalı, sifariş gözləyərkən isə 5.14 nişanı ilə işarələnmiş taksi duracaqlarında durmalıdırlar. Taksi duracağı ilə işarələnməmiş yerdə dayanıb sifariş gözləmək qanunvericiliklə qadağandır. O cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər bu tələblərlə yanaşı sərnişin daşıma üçün xüsusi fərqlənmə nişanının qaydasında olmasına nəzarət etməlidir". (Trend)